DEPUTATIMIZ BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
19 may 2017 | 06:05   
Paylaşın:        

Milli Məclisin deputatı Ülviyyə Ağayeva “Gender və təhlükəsizlik” mövzusunda keçiriləcək seminarda iştirak etmək üçün mayın 21-də Almaniyanın Qarmış şəhərinə  səfərə gedəcək.
Corc Marşal mərkəzinin təşkil etdiyi tədbirdə müxtəlif ölkələrin nümayəndələri iştirak edəcəklər. Seminarda gender bərabərliyi,  qadınların  siyasi, iqtisadi, silahlı qüvəllər və təhlükəsizlik sahələrində  imkanlarının genişləndirilməsi, bu istiqamətdə parlamentlərarası əməkdaşlığın  inkişafı ilə bağlı müzakirə aparılacaq.
Millət vəkili müzakirə olunacaq mövzular barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər mayın 24-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU