AVRONEST PA İQTİSADİ ƏMƏKDAŞLIĞA ÖNƏM VERİR

XƏBƏRLƏR
22 may 2017 | 04:05   
Paylaşın:        

Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradovun başçılığı ilə  Ağalar Vəliyev və Fərəc Quliyev qurumun İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti ilə uyğunluq komitəsi ilə Enerji təhlükəsizliyi komitəsinin birgə iclaslarında iştirak etmək üçün mayın 23-dən Moldovanın paytaxtı Kişineu şəhərində səfərdə olacaqlar.
Birgə iclasda İqlim Dəyişikliyi ilə bağlı 2015-ci il Paris Razılaşmasının tətbiqinə, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində gənclərin işsizliyinin vəziyyətinə dair müzakirələr aparılacaq, perspektivlər araşdırılacaq. Təşkilati məsələlərə baxılacaq. Sonra nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avronest PA-nın Büro iclasına qatılacaq.
Tədbir çərçivəsində Moldova parlamentinin sədri Andrian Kandu Azərbaycan nümayəndə heyətini qəbul edəcək. Daha sonra Fuad Muradov Moldova parlamentinin komitə sədri Hotineanu Vladimirlə fikir və təcrübə mübadiləsi aparacaq.
Qurumun İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti ilə uyğunluq komitəsinin həmsədr müavini Ağalar Vəliyevlə Enerji təhlükəsizliyi komitəsinin üzvü Fərəc Quliyev isə Moldovanın nazirləri ilə görüşlərdə iştirak edəcəklər. Deputatlarımız  bütün müzakirələrdə ölkəmizin mövqeyindən çıxış edəcəklər.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU