UKRAYNADA AZƏRBAYCAN PREZİDENTİNƏ HƏSR OLUNMUŞ KİTABIN TƏQDİMATI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
22 may 2017 | 04:05   
Paylaşın:        

Milli Məclisin deputatı  Elmira  Axundova  mayın 23-dən 25-dək  Ukraynada səfərdə olacaq. Məqsəd Kiyevdə  Elmira  Axundovanın müəllifi olduğu “İlham Əliyev: Prezidentin portreti dəyişikliklər  fonunda” adlı kitabın Ukrayna dilinə tərcümə  edilmiş nəşrinin təqdimat  mərasimində iştirak etməkdir.
Ölkənin tanınmış siyasətçilərinin, ədəbiyyat və elm xadimlərinin qatılacağı tədbirdə deputatımız görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, ulu öndərin layiqli varisi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü  uğurlu  dövlət  siyasəti, ölkədə həyata keçirilən islahat və yeniliklər barədə ətraflı məlumat verəcək, kitabla  bağlı  fikirlərini bildirəcək.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU