MİLLİ AZLIQLAR MƏSƏLƏSİ GÜNDƏMDƏDİR

XƏBƏRLƏR
26 may 2017 | 03:05   
Paylaşın:        

Milli Məclisin deputatı, ATƏT PA-nın sədr müavini və Büro üzvü Azay Quliyevlə deputat Tahir Mirkişili milli azlıqlara dair tədbirdə iştirak etmək üçün mayın 28-dən Avstriyanın  Fillax şəhərində səfərdə olacaqlar.
ATƏT Parlament Assambleyası ilə Avstriya Parlamentinin birgə təşkil etdiyi tədbiri ATƏT PA-nın sədri xanım Kristine Muttonen  açacaq. Sessiyalarda “Milli azlıqların dəstəklənməsində milli parlamentlərin potensialı”, “Balkanlardakı barışın beynəlxalq perspektivləri” müzakirə olunacaq, Avstriyanın Karintiya vilayətinin timsalında “Bir birimizdən öyrənək” mövzusunda təcrübə mübadiləsi aparılacaq.
Deputatlarımız müzakirə olunan məsələlərə münasibət bildirərkən Azərbaycanın təcrübəsinə diqqət yönəldəcək, ölkəmizdə milli azlıqlara yaradılan şəraitdən və xalqımızın tolerantlığından da bəhs edəcəklər.  
Səfər mayın 31-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU