NATO PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA

XƏBƏRLƏR
25 may 2017 | 05:05   
Paylaşın:        
Mayın 26-da Tbilisidə NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaqdır. Sessiyada Azərbaycanı  Milli Məclis Sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edəcəkdir. 
Nümayəndə heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev daxildirlər. 
Sessiyanın komitə iclaslarında Suriyada və İraqda müharibənin humanitar aspektləri, Sosial Media İnqilabının siyasi və təhlükəsizlik baxımından nəticələri, Qara Dəniz regionunda sabitliyin inkişafı, Ballistik raketdən müdafiə və NATO, Kosmik fəzaya sahiblik və müttəfiqlərin müdafiəsi, NATO-Avropa İttifaqı əməkdaşlığı, Avropanın müdafiə sənayesi bazasının vəziyyəti, İqlim dəyişikliyi ilə əlaqədar xərclərin qiymətləndirilməsi, Rusiya-tərəfdaşdan rəqibə, NATO və Arktikada təhlükəsizlik, NATO-nun texnologiya üstünlüyünün saxlanılması, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyi 
və digər mövzular müzakirə olunacaqdır. 
Ziyafət Əsgərov və nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılacaq məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər. NATO Parlament Assambleyasının yaz sessiyası mayın 29-da başa çatacaqdır.

   Milli Məclisin    
       Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU