BELARUSDA AZƏRBAYCAN TİCARƏT EVİ AÇILACAQ

XƏBƏRLƏR
25 may 2017 | 05:05   
Paylaşın:        

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Ağalar Vəliyev Azərbaycan Ticarət Evinin açılışında iştirak etmək üçün mayın 26-da Belarus Respublikasına   səfərə gedəcəklər.
Minsk şəhərində açılan ticarət evi “Made in Azərbaycan” brendinin tanıdılması, yeni məhsulların satışının təşkili və əlaqələndirilməsi ilə bağlı fəaliyyət göstərəcək.
Tədbirdə hər iki ölkənin dövlət və hökumət nümayəndələrinin, iş adamlarının iştirakı nəzərdə tutulur.
Səfər mayın 28-də başa çatacaq.

 


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU