AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ BÜRO VƏ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
26 may 2017 | 05:05   
Paylaşın:        
Mayın 29-30-da Praqada Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova iştirak edəcəklər. 
İclaslarda AŞPA-nın yay sessiyasının gündəliyinə baxılacaq, təkliflər dinləniləcəkdir. Sonra Türkiyədə Konstitusiya dəyişikliklərinə dair keçirilmiş referendumun, Serbiyada prezident seçkilərinin və Ermənistanda parlament  seçkilərinin nəticələrinə dair fikir mübadiləsi aparılacaq,  Albaniyada keçiriləcək parlament seçkilərini müşahidə edəcək heyətin tərkibi formalaşdırılacaqdır. Tədbirlər çərçivəsində NATO Parlament Assambleyasının prezidenti Paulo Alli ilə də fikir mübadiləsi nəzərdə tutulmuşdur.  
Milli Məclisin deputatları müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək, qeyd  və təkliflərini verəcəklər.

*         *         *

Sonra Milli Məclisin deputatı,  AŞPA-nın Monitorinq Komitəsinin sədri Sahibə Qafarova komitənin iyunun 2-də keçiriləcək iclasında iştirak etmək üçün Parisə yola düşəcəkdir.
İclasda Aralıq dənizində miqrasiya problemi, Avropada miqrasiya və qaçqın böhranına humanitar və qlobal siyasi cavab, Ukraynadakı müharibənin humanitar nəticələri mövzularında müzakirələr aparılacaqdır.
 Tədbirdə komitənin sədri Sahibə Qafarovanın “Avropaya son dövrlərdə gəlmiş qaçqın və miqrantların üzləşdiyi radikal münasibət” mövzusunda məruzəsi dinləniləcək və komitənin növbəti fəaliyyətinə dair təkliflər nəzərdən keçiriləcəkdir.

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU