DEPUTATIMIZ BELÇİKAYA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
30 may 2017 | 12:05   
Paylaşın:        

Milli Məclisin deputatı Cavanşir Feyziyev “Dondurulmuş münaqişə bölgələrində su problemi: Sərsəng su anbarı” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün  mayın 30-dan iyunun 1-dək Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq.
Toplantıda Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Sərsəng su anbarının bölgə üçün əhəmiyyəti, hazırki durumu barədə fikir mübadiləsi aparılacaq. Baxımsızlıq üzündən dağılma ehtimalı olan bu su anbarının təhlükə mənbəyinə çevrilməsi, hər an baş verə biləcək faciənin qarşısının alınmasının vacibliyi diqqətə çatdırılacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU