DEPUTATIMIZ TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
05 iyun 2017 | 01:06   
Paylaşın:        

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının sədr müavini Azay Quliyev təşkilatın xüsusi missiyası çərçivəsində iyunun 6-dan 9-dək  Türkiyədə  səfərdə olacaq.
Səfərin məqsədi Türkiyədə mövcud ictimai-siyasi vəziyyətlə tanışlıq,  qurumun nümayəndə  heyətinin ötən ilin avqustunda  Ankarada  keçirilən görüşlərinin  nəticələrinin müzakirəsi, ATƏT PA ilə qardaş ölkə arasında dialoq və əməkdaşlıq imkanlarını genişləndirməkdən ibarətdir.
Səfər çərçivəsində Azay Quliyevin ölkənin paytaxtı Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlut Çavuşoğlu, ədliyyə naziri Bekir Bozdağ, CHP lideri Kamal Kılıçdaroğlu, Türkiyənin ATƏT PA-dakı  nümayəndə  heyətinin rəhbəri  Vedat Bilgin və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU