AŞPA-nın REGİONAL SEMİNARINDA

XƏBƏRLƏR
09 iyun 2017 | 03:06   
Paylaşın:        

AŞPA-nın  Parlament layihələrinə dəstək Departamenti 12-13 iyun tarixlərində “Avropa İnsan Hüquqları Konvensiyası standartlarının həyata keçirilməsində milli parlamentlərin rolu” mövzusunda regional seminar təşkil edəcək. Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək tədbirdə ölkəmizi Milli Məclisin deputatları Vüsal Hüseynov, Sabir Hacıyev, Kamran Nəbizadə və Ülviyyə Ağayeva təmsil edəcəklər.
Regional seminarda mövzu ətrafında müzakirələr və təcrübə mübadiləsi aparılacaq. Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən insan hüquqları ilə bağlı təqdimat edilməsi nəzərdə tutulur.
Səfər iyunun 14-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU