DEPUTATLARIMIZ REGİONAL KONFRANSDA İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
09 iyun 2017 | 05:06   
Paylaşın:        

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və deputat Sahibə Qafarova “Qadınlara və qızlara qarşı zorakılığa son qoyulması naminə qanunların işlənməsinin təşviqi” mövzusunda Mərkəzi və Şərqi Avropa Regional Konfransında iştirak etmək üçün iyunun 11-də Rumıniyanın paytaxtı Buxarestə səfər edəcəklər. 
Yığıncaqda qadınlara qarşı və məişət zorakılığının qarşısının alınması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, gender bərabərliyinin təmin olunması, qadınların ictimai həyatda rolunun artırılması, bununla bağlı  maarifləndirmə işinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılacaq.
Millət vəkilləri ölkəmizdə qadın hüquqlarının qorunması sahəsində qəbul olunan qanunlar, onlara göstərilən dövlət qayğısı barədə məlumat verəcəklər.
Səfər iyunun 15-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU