AŞPA-nın KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
12 iyun 2017 | 05:06   
Paylaşın:        

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 13-də Danimarkanın paytaxtı Kopenhagenə səfər edəcək.
Tədbirdə “Terrorizmə səbəb olan ekstremizm və radikalizmin qarşısının alınması”, “Korrupsiya idarəçilik metodu olaraq institusional yetərlilik və inkişafa əngəl kimi”, “Avropada miqrasiya və qaçqın probleminə hərtərəfli humanitar və siyasi cavab” mövzuları ətrafında fikir mübadiləsi aparılacaq. Toplantıda Avropa Şurasının Qazaxıstanla münasibətləri, İordaniya parlamenti ilə demokratiya naminə tərəfdaşlıq proqramının gedişatı, Suriyada vəziyyət və onun ətraf ölkələrə təsiri məsələləri də müzakirə olunacaq.
Millət vəkili müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq.
Səfər iyunun 16-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU