DEPUTATLARIMIZ TÜRKİYƏDƏ SƏFƏRDƏ OLACAQLAR

XƏBƏRLƏR
14 iyun 2017 | 05:06   
Paylaşın:        

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Şəmsəddin Hacıyev iyunun 15-də Türkiyənin İsparta şəhərinə səfər edəcəklər.
Millət vəkilləri Türkiyə dövləti və Süleyman Dəmirəl adına Universitetin rektorluğu tərəfindən keçirilən sabiq prezident Süleyman Dəmirəlin anım mərasimində iştirak edəcəklər.
Toplantıda görkəmli dövlət xadimi Süleyman Dəmirəlin həyatı və siyasi fəaliyyəti barədə xatirələr səsləndiriləcək, onun ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində rolundan bəhs olunacaq.
Səfər iyunun 18-də başa çatacaq.

Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU