AVROPA-AZƏRBAYCAN CƏMİYYƏTİNİN BEYNƏLXALQ QAÇQINLAR GÜNÜ İLƏ BAĞLI TƏDBİRİNDƏ

XƏBƏRLƏR
19 iyun 2017 | 06:06   
Paylaşın:        

Milli Məclisin Hüquq siyasəti və dövlət  quruculuğu  komitəsinin  sədr müavini Rövşən Rzayev  Avropa-Azərbaycan Cəmiyyətinin Beynəlxalq Qaçqınlar  günü münasibəti ilə təşkil  etdiyi konfransda  iştirak  etmək üçün  iyunun 20-dən 22-dək Fransada səfərdə olacaq.
Paytaxt  Parisdə  keçiriləcək toplantıda Dağlıq Qarabağ Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü olan deputatımız  Azərbaycanın məruz  qaldığı  işğalçılıq  siyasətindən, ölkəmizin Dağlıq  Qarabağ münaqişəsi ilə bağlı yaşadığı gərginliklərdən, problemin törətdiyi fəsadlardan söhbət  açacaq, 1 milyondan artıq soydaşımızın öz dədə-baba yurdundan didərgin salındığı barədə faktları toplantı  iştirakçılarının diqqətinə  çatdıracaq. 

 

Milli  Məclisin
Mətbuat xidməti

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU