AŞPA-NIN KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
18 may 2012 | 04:05   
Paylaşın:        

 Milli Məclisin Beynəlxalq  münasibətlər və parlamentlərarası  əlaqələr  komitəsinin sədr müavini, parlamentin  AŞPA-dakı  daimi nümayəndə  heyətinin üzvü  Sevinc Fətəliyeva mayın 21-dən  23-dək  Fransada  səfərdə olacaq. Deputatımız  AŞPA-nın Sosial işlər, sağlamlıq  və davamlı  inkişaf  komitəsinin  Parisdə  keçiriləcək  iclasında iştirak  edəcək.
Tədbirdə uşaqlara  qarşı  zorakılıqla mübarizə, dünyada baş verən maliyyə böhranının nəticələri, sağlamlığın  təminatı  üçün  bərabər imkanların yaradılması,  ətraf  mühitin mühafizəsi və digər  məsələlər  müzakirə  ediləcək.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU