MİLLİ MƏCLİSİN DEPUTATI QAZAXISTANDA SEÇKİLƏRİ MÜŞAHİDƏ EDƏCƏK

XƏBƏRLƏR
22 iyun 2017 | 11:06   
Paylaşın:        
Milli Məclisin  deputatı Cavanşir Feyziyev iyunun 28-də Qazaxıstanda keçiriləcək parlament seçkilərini  müşahidə etmək üçün  Astanada  səfərdə olacaqdır.
Millət vəkili seçkiləri Türkdilli Ölkələrin Parlament Assambleyasının   xətti ilə müşahidə edəcəkdir. 
Deputatımız digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcəkdir.
Səfər iyunun 29-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU