PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
22 iyun 2017 | 05:06   
Paylaşın:        

Milli Məclis  Sədrinin birinci  müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya  ilə mübarizə  komitəsinin sədri Ziyafət  Əsgərov Serbiyanın yeni  seçilmiş Prezidenti Aleksandr Vuçiçin iyunun 23-də paytaxt Belqradda  keçiriləcək andiçmə  mərasimində iştirak  etmək  üçün  bu ölkəyə  səfər  edib.
Səfər  iyunun 24-də başa çatacaq.

***
Milli Məclisin deputatı Ağalar Vəliyev Avronest Parlament Assambleyasının  Belarus  üzrə işçi  qrupu  və  Avropa  Parlamentinin  Belarus  ilə əlaqələr  üzrə nümayəndə  heyətinin  birgə  iclasında  iştirak  etmək üçün iyunun 28-29-da  Belçikada  səfərdə olacaq.
Brüssel şəhərində  keçiriləcək  toplantılarda  Belarusun  qurumdakı fəaliyyətinin bərpa  edilməsi,  Belarusda  Boloniya  təhsil  sisteminin tətbiqinin intensivləşdirilməsi və bu  ölkədəki  miqrasiya   və əmək məsələləri müzakirə  ediləcək. Deputatımız müzakirə olunacaq  məsələlərə   öz  münasibətini  bildirəcəkdir.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU