QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
30 iyun 2017 | 02:06   
Paylaşın:        
İyulun 4-dən 6-dək İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyası, 56-cı Büro və 49-cu Daimi Komitə iclasları keçiriləcəkdir. 
Tədbirlərdə Milli Məclisin QDİƏTPM-dəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, QDİƏTPM-in sədr müavini Musa Quliyev, deputatlar Jalə Əliyeva və Əflatun Amaşov iştirak edəcəklər. 
İclaslarda Qara Dəniz regionunda təhlükəsizliyin və sülhün təmin olunmasında parlamentlərin rolu, İqtisadi inkişaf və sosial inteqrasiya üçün hüquqi əsasın möhkəmləndirilməsi mövzularında fikir mübadiləsi aparılacaqdır. Tədbirlərdə həmçinin Parlament Məclisinin fəaliyyəti barədə hesabatlar dinləniləcək, bir sıra təşkilati məsələlərə baxılacaqdır. 
Milli Məclisin deputatları müzakirə ediləcək məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.
Baş Assambleyanın iclasında QDİƏTPM-in sədr müavini Musa Quliyevin “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə dayanıqlı səhiyyə sisteminin təmin olunmasında parlamentlərin rolu”, deputat Əflatun Amaşovun isə “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə yeni və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi” mövzularında məruzələri dinləniləcək, müzakirəyə çıxarılmış məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.


Milli Məclisin
Mətbuat xidməti  



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU