BMT BAŞ MƏCLİSİNİN XÜSUSİ SESSİYASINDA

XƏBƏRLƏR
18 iyul 2017 | 03:07   
Paylaşın:        
İyulun 19-da Nyu-Yorkda BMT Baş Məclisinin xüsusi sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin deputatı Məlahət İbrahimqızı iştirak edəcək.
Tədbirdə bir sıra ölkələrin, ö cümlədən Azərbaycan Hökumətinin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı hesabatı dinləniləcək, bu barədə müzakirələr aparılacaqdır.
Səfər iyulun 22-də başa çatacaqdır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU