DEPUTATLARIMIZ GƏNCLƏR FORUMUNDA İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
21 may 2012 | 05:05   
Paylaşın:        

Milli Məclisin deputatları Gülər Əhmədova və Sədaqət Vəliyeva Azərbaycan-Şimali Kipr Gənclər Forumunda iştirak etmək üçün mayın 23-də Şimali Kipr Türk Cümhuriyyətinin Ərcan şəhərinə səfər edəcəklər.
Azərbaycanın 28 may Respublika gününə həsr olunmuş forum millət vəkili Gülər Əhmədovanın təşəbbüsü, buradakı Doğu Akdeniz Universitetinin Azərbaycan Cəmiyyətinin və “Miras” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilir.
“Dünyada mənim Vətənim” layihəsi çərçivəsində baş tutacaq  tədbirdə hər iki ölkənin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və s. sahələrdə keçdiyi inkişaf yolu, gənclərin bu istiqamətlərdə əldə etdiyi nailiyyətlər barədə fikir mübadiləsi aparılacaq.
Yığıncaqda millət vəkilləri ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılmış şərait, onların cəmiyyət həyatında fəal iştirakı haqqında söhbət açacaqlar.
Səfər mayın 25-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU