AŞPA-nın BÜRO VƏ KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
31 avqust 2017 | 05:08   
Paylaşın:        
Sentyabrın 4-dən 7-dək Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin  iclasları keçiriləcək.
 İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. 
Nümayəndə heyətinə deputatlardan Sahibə Qafarova, Vüsal Hüseynov və Sabir Hacıyev daxildirlər.
Büro iclasında Avropa Şurası Baş katibinin qurumun fəaliyyətinə dair məruzəsi dinləniləcək,  AŞ PA-nın payız sessiyasının gündəlik  layihəsi təsdiqlənəcək, həmçinin yeni siyasi qrupun – “Azad demokratlar qrupu”nun formalaşdırılması ilə bağlı məsələnin müzakirəsi nəzərdə tutulmuşdur. 
Assambleyanın komitələrinin iclaslarında nümayəndə heyətimizin üzvləri müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcək,  öz qeyd  və təkliflərini verəcəklər.

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU