AŞPA-nın KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
16 sentyabr 2017 | 12:09   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Avropa Sosial Xartiyası üzrə Alt komitənin sədri Sevinc Fətəliyeva sentyabrın 18-dən 20-dək Fransa paytaxtında səfərdə olacaq, Sosial komitənin iclasında iştirak edəcək.
İclasda “2016-2017-ci illər üzrə ATƏT-in fəaliyyəti” müzakirə olunacaq, miqrant problemi ilə əlaqədar millətlərarası münaqişələrə nəzər salınacaq, iqlim dəyişikliyi, işdə stress və digər məsələlərə baxılacaq.
Sevinc Fətəliyeva komitədə “Silahlı münaqişələrdə yaralanan uşaqların qorunması” mövzusunda məruzə ilə çıxış edəcək.
***
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətimizin üzvü Rafael Hüseynov qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 21-dən 24-dək Parisdə səfərdə olacaq.
Komitə iclasında bir sıra aktual məsələlərə baxılacaq. Mediada redaktənin dəqiqliyinə, beynəlxalq səviyyədə idmanda, o cümlədən futbolda yaxşı idarəetmənin vacibliyinə diqqət yönəldiləcək. Bu ilin payızında Strasburqda keçiriləcək “Dünya Demokratik Forumu”na hazırlıqla bağlı müzakirələr aparılacaq.
 Rafael Hüseynov müzakirələrdə yaxından iştirak edəcək, təkliflərini bildirəcək.

 
                                                               Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU