XƏZƏRYANI DÖVLƏTLƏRİN BEYNƏLXALQ GƏNCLƏR FORUMU KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
19 sentyabr 2017 | 06:09   
Paylaşın:        

Milli Məclisin deputatı Şahin İsmayılov Xəzəryanı dövlətlərin Beynəlxalq Gənclər Forumunda iştirak etmək üçün sentyabrın 20-də Qazaxıstanın Aktau şəhərinə səfər edəcək.
“Gənclik. Enerji. Modernləşmə” mövzusunda keçiriləcək tədbirdə Xəzər regionu ölkələrinin nümayəndələri iştirak edəcəklər.
Millət vəkili mövzu ilə bağlı fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər sentyabrın 24-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU