DEPUTATIMIZ MDB PA-nın TƏDBİRİNDƏ İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
19 sentyabr 2017 | 06:09   
Paylaşın:        

Milli Məclisin deputatı İqbal Məmmədov sentyabrın 20-də Rusiya Federasiyasına  səfərə gedəcək.
Millət vəkili Sankt-Peterburq  şəhərində keçiriləcək  Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının Büdcəyə nəzarət komissiyasının  iclasına qatılacaq, müzakirəyə çıxarılan məsələlərə münasibətini bildirəcək.
Tədbirdə MDB-yə üzv  ölkələrin  nümayəndələri iştirak edəcəklər.
Səfər sentyabrın 22-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU