BEYNƏLXALQ KONFRANSDA

XƏBƏRLƏR
22 sentyabr 2017 | 06:09   
Paylaşın:        

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputat Cavanşir Feyziyev “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransında iştirak etmək üçün   sentyabrın 23-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.
Tədbir Azərbaycan Prezidentinin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı sərəncamına uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil olunub. Toplantıda hər iki tərəfdən dövlət və hökumət nümayəndələri, elm və ictimai xadimlər iştirak edəcəklər.
Konfransda Azərbaycan və Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Səfər sentyabrın 26-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU