DEPUTATIMIZ BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
27 sentyabr 2017 | 01:09   
Paylaşın:        

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyası çərçivəsində keçiriləcək  seminarda   iştirak etmək üçün  sentyabrın 27-dən Macarıstanın paytaxtı Budapeşdə  səfərdə olacaq.
 Tədbirdə müxtəlif ölkələrin nümayəndələri iştirak edəcəklər.
Seminarda qadın hüquqlarının qorunması və məişət zorakılığının önlənməsinə dair imkanların dəyərləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Millət vəkili müzakirə olunacaq mövzularla bağlı öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər sentyabrın 30-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU