DEPUTATIMIZ XORVATİYADA SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
26 may 2012 | 10:05   
Paylaşın:        

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli mayın 27-də Xorvatiyanın Zaqreb şəhərinə səfər edəcək.
Millət vəkili burada aidiyyəti qurumların təmsilçiləri ilə görüşəcək, əhalinin sosial müdafiəsi sistemi sahəsində qanunvericilik bazasının formalaşması, qanunvericilik aktlarının icrasına nəzarət üzrə bu ölkənin təcrübəsi, habelə sosial xidmətlərin maliyyələşmə məsələləri ilə tanış olacaq, Azərbaycanda bu istiqamətdə görülən işlər barədə danışacaq.
Səfər iyunun 3-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU