İSLAM ƏMƏKDAŞLIQ TƏŞKİLATININ İCRAİYYƏ KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
02 oktyabr 2017 | 12:10   
Paylaşın:        

Milli Məclisin deputatı Gövhər Baxşəliyeva İslam Əməkdaşlıq  Təşkilatı  İcraiyyə  Komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 6-dan 8-dək  İran İslam Respublikasının  Tehran  şəhərinə səfər  edəcək.
Komitədə  təşkilati məsələlərlə yanaşı Qurumun qəbul  etdiyi  qətnamələrin yerinə yetirilməsi ilə bağlı atılacaq addımlar müəyyənləşdiriləcək.  Tədbirdə  daimi ixtisaslaşmış - Siyasi məsələlər və xarici əlaqələr,  İqtisadi məsələlər və ətraf mühit,  İnsan haqları, qadın və ailə məsələləri,  Mədəni və hüquqi işlər, sivilizasiyalar və dinlərin dialoqu komitələrinin  gündəlik layihələri  tərtib  ediləcək. İclasda  həmçinin, Müsəlman Qadın Parlamentarların 7-ci konfransının, İƏT- ə  üzv parlamentlərin Baş katiblərinin 3-cü Məşvərət iclasının gündəlikləri də  qəbul  ediləcək.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU