NATO PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA

XƏBƏRLƏR
04 oktyabr 2017 | 06:10   
Paylaşın:        

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Kamran Bayramov NATO Parlament Assambleyasının 63-cü illik sessiyasında iştirak etmək üçün oktyabrın 5-də Rumıniyanın paytaxtı Buxarestə səfər edəcəklər.
Toplantıda “Suriyada və İraqda müharibə: Humanitar aspektlər”, “Ballistik raketdən müdafiə və NATO”, “Avropanın müdafiə sənayesi bazasının vəziyyəti” mövzularında məruzələr dinləniləcək. Tədbir iştirakçıları Qara dəniz regionunda sabitliyin qorunması, NATO ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyinin təmin edilməsi, iqlim dəyişikliyi ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Deputatlarımız müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.
Səfər oktyabrın 10-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU