AŞPA-NIN KOMİTƏLƏRİNDƏ

XƏBƏRLƏR
26 may 2012 | 12:05   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Siyasi işlər və demokratiya və Monitorinq Komitələrinin iclaslarında iştirak etmək üçün mayın 28-dən iyunun 2-dək Parisdə səfərdə olacaqlar.
  İclaslarda  demokratiyanın böhranı və bu gün Avropada dövlətin rolu, Avropada populist ekstremizmin yüksəlişi və onun demokratiya üçün hədələri, Kosovada vəziyyət, Avropa Araşdırma və İnkişaf Bankının fəaliyyəti, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının fəaliyyəti, Tunisdə siyasi keçid dövrü, yeni nasizm və ksenofobiyaya qarşı mübarizə mövzularında müzakirələr aparılacaq, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsi, Çernoqoriya, Gürcüstan, Monako, Ermənistan, Serbiya, Ukrayna, Rusiya, Albaniya, Makedoniya və Azərbaycanın öhdəliklərini yerinə yetirməsinə dair məruzələr dinləniləcək.
Tədbirdə deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU