DEPUTATIMIZ İRLANDİYADA SƏFƏRDƏ OLACAQ

XƏBƏRLƏR
16 oktyabr 2017 | 06:10   
Paylaşın:        

Milli Məclisin deputatı, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev oktyabrın 17-də İrlandiya Respublikasının paytaxtı Dublinə səfər edəcək.
Deputatımız İrlandiya Parlamentində olacaq, həmkarları ilə bır sıra görüşlər keçirəcək. Görüşlərdə tərəflər iki ölkə arasında parlament əlaqələrinin inkişafı, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsinin aparılması, qarşılıqlı səfərlərin intensivləşdirilməsi ilə bağlı fikirlərini bölüşəcəklər.
Səfər oktyabrın 20-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU