QDİƏT PARLAMENT MƏCLİSİNİN KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
17 oktyabr 2017 | 06:10   
Paylaşın:        

Milli Məclisin deputatı Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 49-cu iclasında iştirak etmək üçün oktyabrın 18-də Albaniyanın paytaxtı Tiranaya səfər edəcək.
Tədbirdə “Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatına üzv dövlətlərdə milli innovasiya sisteminin inkişafı” mövzusunda müzakirələr aparılacaq. Toplantıda, habelə, komitənin sədri və müavini seçiləcək, növbəti iclasın tarixi, yeri, gündəliyi müəyyən ediləcək, QDİƏTPM-nin 2018-ci il üçün iş planına baxılacaq.  
Millət vəkili müzakirə olanan məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər oktyabrın 21-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU