İTALİYA SENATINDA AZƏRBAYCANA HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
19 oktyabr 2017 | 04:10   
Paylaşın:        

Milli Məclisin deputatı Azər Kərimli Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və Azərbaycanın  Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konfransda iştirak etmək üçün Roma şəhərində səfərdədir.
İtaliya senatında keçiriləcək toplantıda iki ölkə arasında əlaqələrin tarixi və gələcək inkişaf perspektivləri, bu istiqamətdə parlamentlərin rolu barədə söhbət açılacaq.
Səfər oktyabrın 20-də başa çatacaq.

 


Milli Məclisi
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU