QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI PARLAMENT MƏCLİSİNİN KOMİTƏ İCLASLARINDA

XƏBƏRLƏR
23 oktyabr 2017 | 06:10   
Paylaşın:        
Oktyabrın 25-26-da Rusiyanın Rostov şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər, həmçinin Hüquqi və siyasi məsələlər komitələrinin iclasları keçiriləcəkdir. İclaslarda Milli Məclisin deputatı Eldar Quliyev iştirak edəcəkdir. 
Tədbirlərdə Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə gənc ailələrin sosial müdafiəsi və onlar üçün güzəştlər, QDİƏTPM-in 25 illiyi: regionda parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, təşkilatın 25 illiyi ilə əlaqədar bəyannamənin hazırlanması, qurumun gələcək fəaliyyəti və digər  mövzularda fikir mübadiləsi aparılacaqdır. 
Eldar Quliyev müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəkdir.


Milli Məclisin
Mətbuat xidməti  



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU