AŞPA-NIN SEMİNARI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
26 oktyabr 2017 | 05:10   
Paylaşın:        
Oktyabrın 27-də Parisdə AŞPA-nın Sosial Komitəsinin Avropa Sosial Xartiyası üzrə alt Komitəsinin parlament seminarı keçiriləcək. 
Tədbirdə Milli Məclisin deputatları - Avropa Sosial Xartiyası üzrə alt Komitənin sədri Sevinc Fətəliyeva, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və İlham Məmmədov iştirak edəcəklər.  
“İş, təlim və şans bərabərliyi inteqrasiyaya və bütün fəaliyyətlərə təminat verir” mövzusuna həsr olunmuş parlament seminarında “İş həyatında tələblər və sosial hüquqların uzlaşdırılmasında hökumətin, parlament üzvlərinin və özəl sektorun rolu”, “Avropada Sosial həyata uyğunlaşma sahəsində miqrantlar, fiziki qüsurlu şəxslər və milli azlıqlar üçün şans bərabərliyi” barədə fikir mübadiləsi aparılacaqdır.
Səfər oktyabrın 29-da başa çatacaqdır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU