NATO PA-nın NÖVBƏTİ ROUZ-ROUT SEMİNARINDA

XƏBƏRLƏR
03 noyabr 2017 | 05:11   
Paylaşın:        

Milli Məclisin deputatı Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 96-cı Rouz-Rout seminarında iştirak etmək üçün noyabrın 6-da Sloveniyanın paytaxtı Lyublyana şəhərinə səfər edəcək.
Tədbirdə Qərbi Balkanlarda təhlükəsizliyin təmin olunması, strateji kommunikasiyanın formalaşması, bölgədə hazırki iqtisadi durum, habelə  Bosniya və Herseqovinanın inkişaf perspektivləri, Serbiyada iqtisadi islahatlar və demokratiyanın inkişafı, digər aktual mövzular ətrafında müzakirələr aparılacaq.
Millət vəkili müzakirə olunacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq.
Səfər noyabrın 10-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU