AŞPA-nın KOMİTƏ İCLASINDA

XƏBƏRLƏR
10 noyabr 2017 | 12:11   
Paylaşın:        

Milli Məclisin deputatları Müslüm Məmmədov və Vüsal Hüseynov  Avropa Şurası Parlament Assambleyasının Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün noyabrın 12-də Fransanın paytaxtı Parisə yola düşəcəklər.
Tədbirdə Vəkillik haqqında Avropa Konvensiyası barədə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, insan hüquqlarının müdafiəsi sahəsində öhdəliklərin yerinə yetirilməsi, yeni məruzəçilərin təyin edilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
Millət vəkilləri müzakirəyə təqdim edilən məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.
Səfər noyabrın 14-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU