SİMPOZİUMDA QARABAĞDAN DANIŞILACAQ

XƏBƏRLƏR
30 may 2012 | 09:05   
Paylaşın:        

Milli Məclisin deputatı Qənirə Paşayeva mayın 29-dan 31-dək Türkiyə Cümhuriyyətində səfərdə olacaq.
Deputatımız öncə Türk Ocaqlarının 100 illiyi çərçivəsində paytaxt Ankarada keçiriləcək II Türk Dünyası Qadınlar Qurultayında iştirak edəcək. Tədbirdə siyasət, media, təhsil, səhiyyə, iqtisadiyyat və insan haqlarının qorunması sahələrində  qadınların roluna ətraflı nəzər salınacaq.  Azərbaycan parlamentinin təmsilçisi qurultayın açılışı mərasimində çıxış edəcək, sessiyalarda “Türk mediasında qadınların rolu” mövzusunda məruzə oxuyacaq.
***
Daha sonra Qənirə Paşayeva  “Qarabağdan Amasiyaya könül körpüsü: Beynəlxalq Mir Həmzə Seyid Nigari” adlı simpoziumda iştirak etmək üçün Amasiya şəhərinə yollanacaq.
Deputatımız Amasiya Universitetində “Böyük mütəfəkkir Mir Həmzə Seyid Nigari və Qarabağ məsələsi” mövzusunda məruzə ilə çıxış edəcək.
Azərbaycan və Türkiyənin görkəmli alimlərinin iştirak edəcəyi tədbirə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov da qatılacaq.
Qənirə Paşayeva hər iki tədbir çərçivəsində bir sıra görüşlər keçirəcək.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU