DÜNYA QADINLARI SAMMİTƏ TOPLANIR

XƏBƏRLƏR
29 may 2012 | 03:05   
Paylaşın:        

Milli Məclisin deputatı, AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin üzvü Qənirə Paşayeva Ümumdünya Qadın Sammitində iştirak etmək üçün mayın 31-də Yunanıstanın paytaxtı Afinaya səfərə yola düşəcək. 
Dünyanın 80 ölkəsindən mindən çox qadın liderin – nazirlərin, deputatların, sahibkarların, nüfuzlu QHT-lərin, medianın və biznes qurumlarının rəhbərlərinin toplaşacağı Sammitdə əsasən qadın və iqtisadiyyat mövzusu müzakirə olunacaq. Ölkələrin iqtisadi həyatında qadınların iştirakını yaxşılaşdırmaqla qlobal çiçəklənmənin təmin olunması  strategiyasından danışılacaq. Qadınlar və qızlar üçün mövcud iqtisadi imkanlardan bəhs ediləcək. İqtisadiyyatın yüksək gəlirli sektorlarında qadın sahibkarların roluna diqqət yönəldiləcək. 
Azərbaycan parlamentinin deputatı Sammitdə çıxış edəcək. Müzakirələrdə, həmçinin tədbir çərçivəsində keçirilən görüşlərdə ölkəmizin maraqları baxımından mövqeyini bildirəcək. 
Səfər iyunun 6-da başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU