ASİYA PARLAMENT ASSAMBLEYASININ PLENAR SESSİYASINDA

XƏBƏRLƏR
17 noyabr 2017 | 05:11   
Paylaşın:        

Milli Məclisin deputatı İlham Məmmədov Asiya Parlament Assambleyasının 10-cu plenar sessiyasında iştirak etmək üçün noyabrın 20-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.
Sessiya çərçivəsində qurumun İcraedici Şurasının, Siyasi işlər,  İqtisadiyyat və davamlı inkişaf, Sosial və mədəni işlər, Heyət və maliyyə qaydaları üzrə komitələrinin iclasları keçiriləcək.
Millət vəkili toplantılarda müzakirəyə təqdim edilən məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər noyabrın 23-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU