DEPUTATIMIZ NATO PA-NIN SEMİNARINDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
21 noyabr 2017 | 12:11   
Paylaşın:        

Milli Məclisin deputatı Məlahət İbrahimqızı NATO Parlament  Assambleyasının Aralıq dənizi və Yaxın Şərq xüsusi qrupunun, Transatlantik  müdafiə  və təhlükəsizlik üzrə əməkdaşlıq alt  komitəsinin  birgə  keçirdiyi seminarda  iştirak  etmək  üçün  noyabrın 22-dən 26-dək  İtaliyada  səfərdə  olacaq.
Ölkənin paytaxtı  Romada  keçirilən  tədbirdə  Avropada və Qərbi Balkanlarda terror  təhlükələri,  beynəlxalq  terrorizmə  qarşı  mübarizə,  İtaliyada terrorçuluğa qarşı mübarizə üsulları,  Liviyada  vəziyyət, bu ölkədə  yeni müdafiə  sistemlərinin  qurulması, İŞİD-ə qarşı  mübarizədə  İtaliyanın rolu, İraqın gələcəyi və digər məsələlər barədə fikir  mübadiləsi  aparılacaq. 
Deputatımız  müzakirələrdə  fəal iştirak  edəcək, öz  fikirlərini bildirəcək.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU