AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
21 noyabr 2017 | 04:11   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova qurumun Büro və Daimi komitəsinin iclaslarında iştirak etmək üçün noyabrın 22-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfər edəcəklər.
Büro iclasında Avropa Şurasının yeni baş katibinin seçilməsi, qətnamələrin qəbulu prosedurunun təkmilləşdirilməsi, üzv dövlətlərdə bərabərlik, cavabdehlik və şəffaflığın gücləndirilməsi ilə bağlı məsələlərə baxılacaq. 
Daimi komitənin toplantısında AŞPA-nın 2018-ci ilin ilk sessiyasının gündəliyi, növbəti il üçün yeni mandatların təqdim edilməsi, Qırğızıstanda keçirilmiş prezident seçkilərinin nəticələri və digər məsələlər müzakirə olunacaq.
Deputatlarımız hər iki tədbirdə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.
Səfər noyabrın 25-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU