TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
19 dekabr 2011 | 04:12   
Paylaşın:        

Dekabrın 16-da Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi. İclası açan parlament Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun lahiyəsi barədə məlumat verdi.
Bildirildi ki, ikinci oxunuşa təqdim edilən sənəddə ölkənin  silahlı qüvvələrində hərbi vəzifələrin və xidmətçəkmənin hüquqi tənzimlənməsi qaydaları müəyyənləşdirilib. 9 fəsil, 54 maddədən ibarət olan qanun layihəsində vətəndaşların hərbi qeydiyyatı, gənclərin hərbi xidmətə hazırlanması və çağırılması, ehtiyyatda xidmət və s. məsələlər öz əksini tapıb. Sənəddə parlamentdə birinci oxunuş zamanı səslənən bir sıra məsələlərin nəzərə alındığı və redaktə xarakterli dəyişikliklər edildiyi diqqətə çatdırıldı.
Deputatlar müzakirəyə təqdim olunan qanun layihəsini yüksək qiymətləndirərək, müharibə şəraitində olan ölkəmiz üçün onun əhəmiyyətini xüsusi vurğuladılar.
Sonda sənəd yekdilliklə parlamentin plenar iclasına tövsiyyə olundu.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU