MDB PARLAMENTLƏRARASI ASSAMBLEYANIN KOMİSSİYALARINDA

XƏBƏRLƏR
25 noyabr 2017 | 02:11   
Paylaşın:        

Milli Məclisin deputatları Rüfət Quliyev və Adil Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın komissiya iclaslarında iştirak etmək üçün noyabrın 27-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.
Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq komissiyasında Suriyada baş verən münaqişənin tənzimlənməsi ilə bağlı Astana danışıqları, Parlamentlərarası İttifaqın 137-ci Assambleyasının nəticələri, MDB PA-ya üzv ölkələrin milli parlamentlərinin ATƏT Parlament Assambleyasının illik sessiyasında iştirakı, BMT-nin nüvə təhlükəsizliyi ilə bağlı təşəbbüsü, Avropadakı miqrasiya böhranının MDB məkanına təsiri, Qırğızıstanda  prezident, Qazaxıstan və Ermənistanda parlament seçkilərinin monitorinqi  barədə məsələlərə baxılacaq.
Müdafiə və təhlükəsizlik komissiyasının iclasında sərhəd təhlükəsizliyinin pozulmasına görə məsuliyyətin tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, “Mülki müdafiə haqqında”, “Könüllü yanğından mühafizə haqqında”  model qanun layihələri ilə bağlı müzakirələr aparılacaq.
Səfər noyabrın 29-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU