UKRAYNADA QDİƏT PARLAMENT MƏCLİSİNİN SESSİYASI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
27 noyabr 2017 | 12:11   
Paylaşın:        

Milli Məclisin  komitə  sədrinin  müavinləri Eldar  Quliyev,  Musa  Quliyev, Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında  iştirak etmək  üçün noyabrın 27-dən dekabrın 1-dək  Ukraynada  səfərdə olacaqlar.
Kiyev şəhərində keçiriləcək toplantıda təşkilati məsələlərlə yanaşı Qara dəniz  regionunda  iqtisadi böhranın nəticələrinin aradan  qaldırılması,  gənc  ailələrin sosial müdafiəsi, mədəniyyət, təhsil, texnologiya və ekologiya sahəsində mövcud  problemlər   barədə  fikir  mübadiləsi  aparılacaq.
Deputatlarımız  müzakirə  edilən  məsələlərə öz münasibətlərini bildirəcəklər.    

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU