DEPUTATIMIZ DÜNYA İNTERNET KONFRANSINDA İŞTİRAK EDƏCƏK

XƏBƏRLƏR
30 noyabr 2017 | 03:11   
Paylaşın:        

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov 4-cü  Dünya İnternet Konfransında iştirak etmək üçün dekabrın 1-də Çin Xalq Respublikasının  Vuzhen şəhərinə səfər edəcək.
Tədbirdə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi, kiberməkanda birgə gələcək cəmiyyətin qurulması, yetkinlik yaşına çatmayan internet istifadəçilərinin hüquqlarının qorunması, elektron xidmət növlərinin faydaları barədə məsələlər müzakirə olunacaq. 
Millət vəkili müzakirəyə çıxarılan məsələlərlə bağlı öz fikirlərini açıqlayacaq, ölkəmizin bu sahədə əldə etdiyi təcrübə barədə məlumat verəcək.
Səfər dekabrın 6-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU