MİLLİ MƏCLİSİN DEPUTATI FRANSAYA SƏFƏR EDƏCƏK

XƏBƏRLƏR
29 may 2012 | 06:05   
Paylaşın:        

Milli Məclisin deputatı Rafael Hüseynov  mayın 31-dən Fransanın paytaxtı Paris şəhərində səfərdə olacaq.
Millət vəkili burada keçiriləcək Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və köçkünlər üzrə komitəsinin iclasında iştirak edəcək. Tədbirdə Rusiya və Gürcüstan arasında münaqişədən zərər çəkmiş ərazilərdə humanitar durum, miqrantlar və qaçqınların  seçki zamanı vəziyyətləri, miqrantların Avropaya inteqrasiyası və digər məsələlər müzakirə olunacaq.
Səfər iyunun 2-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU