BEYNƏLXALQ PARLAMENT KONFRANSINDA

XƏBƏRLƏR
01 dekabr 2017 | 05:12   
Paylaşın:        

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov beynəlxalq parlament konfransında iştirak etmək üçün dekabrın 3-dən 6-dək Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olacaq.
Tədbirə Avropa İttifaqına üzv və namizəd ölkələrin, habelə, “Şərq Tərəfdaşlığı”nın, Avropa Parlamentinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri qatılacaqlar.
Konfrans “Avropa İttifaqı və tərəfdaşları: daha güclü birlik naminə müxtəlifliyin əhatə olunması” mövzusuna həsr olunub. Yığıncaqda Avropa İttifaqına üzv ölkələr arasında əməkdaşlığın inkişafı, inteqrasiya proseslərinin gücləndirilməsi, bu sahədə parlamentlərin rolu və digər aktual məsələlər ətrafında müzakirələr aparılacaq.
Milli Məclisin komitə sədri müzakirə olunacaq məsələlərə öz münasibətini bildirəcək, təkliflərini verəcək.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU