AŞPA-NIN KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
12 dekabr 2017 | 12:12   
Paylaşın:        
Dekabrın 4-dən 6-dək Macarıstanın Budapeşt şəhərində Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclası keçiriləcək. Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov iştirak edəcək.
İclasda Avropada milli azlıqların dillərinin və regional dillərin qorunması, Mədəni irs elementlərinin ticarətinə qarşı mübarizə, Avropada jurnalistlərin statusu, Medianın güclənməsində və müstəqil fəaliyyətində milli parlamentlərin rolu və digər mövzularda müzakirələr aparılacaqdır.
Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcəkdir.
*         *        *
Milli Məclisin deputatı Sevinc Fətəliyeva  Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün dekabrın 5-də Parisə yola düşəcək.
Tədbirdə Avropada atom təhlükəsizliyi, İqlim dəyişikliyi və Paris razılaşmasının həyata keçirilməsi və digər mövzularda müzakirələr aparılacaqdır.
İclasda Sevinc Fətəliyeva “Münaqişələrdən zərər çəkmiş uşaqların qorunması” barədə məruzə edəcək, mövzu ətrafında fikir mübadiləsi aparılacaqdır. 
Səfər dekabrın 7-də başa çatacaqdır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU