DEPUTATLARIMIZ YARADICI VƏ ELM ZİYALILARI FORUMUNDA İŞTİRAK EDƏCƏKLƏR

XƏBƏRLƏR
09 dekabr 2017 | 09:12   
Paylaşın:        

Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə MDB-yə üzv dövlətlərin XII yaradıcı və elm ziyalıları forumunda iştirak etmək üçün dekabrın 10-da Rusiya Federasiyasının paytaxtı Moskvaya səfər edəcəklər.
MDB-nin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkil etdiyi tədbir “MDB ölkələrində ailə dəyərləri və ənənələrinin möhkəmləndirilməsində humanitar əməkdaşlığın rolu” mövzusuna həsr olunub. Toplantıda quruma üzv dövlətlərin elm və təhsil sahəsində əməkdaşlığı, MDB-də mədəniyyət ilinin keçirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər dekabrın 13-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU